Moskva birjasında valyuta ticarətinin açılışında dollar və avronun məzənnələri əvvəlki sessiyanın sonu ilə müqayisədə 7-8%-dən çox artıblar.
Eləcə də bax: Rubl manat qarşısında 9%-dən çox - UCUZLAŞDI
FED.az xəbər verir ki, avronun məzənnəsi tarixi maksimumu yeniləyərək 125,5 rublu ötüb.
Birjanın məlumatına görə, Bakı vaxtı ilə saat 11:06-da dolların məzənnəsi 115 rubl (+8,48%) səviyyəsində olub. Avronun məzənnəsi 7,12% artaraq 125,96 rubl təşkil edib.
Birjadankənar valyuta bazarlarında avro və dollar daha bahadır. (Marja)