London Metall Birjasında (LME) üç ay sonra çatdırılma ilə fyuçerslərin qiymətləri 2,7% artaraq tonu 13 min 390 ABŞ dollarına yüksəlib. Lakin Bakı vaxtı ilə saat 14:13-də qiymətlər 13 min 111 ABŞ dollarına (+0,51%) geriləyib.
FED.az xəbər verir ki, mis qiymətləri - bazarda çatışmazlıq qorxuları və Venesueladakı vəziyyətin ən vacib faydalı qazıntılar uğrunda yarışı sürətləndirə biləcəyi gözləntiləri fonunda tarixi maksimumlara yüksəlir.
Son bir ildə misin qiyməti 48%-dən çox artıb.
Əvvəllər metalın tələbatının artmasının əsas səbəbi ABŞ-a idxal üçün potensial rüsumların qabağını almaq məqsədilə mis tədarükünün kəskin artması olub ki, bu da dünyanın digər yerlərində tədarük çatışmazlığına səbəb ola bilər.
Metallar, o cümlədən mis, kritik vacib faydalı qazıntılar və yeni dünya nizamında təchizat zəncirlərinin təhlükəsizliyi ilə bağlı olaraq bahalaşırlar. Venesueladakı son hadisələr bu trendə daha da təkan verib. (Marja)










