Dünyada mədənlərinin "yaşıl" sənayelərdən gələn tələbi qarşılamaqda çətinlik çəkəcəyi ilə bağlı gözləntilər artdıqca, misin 1 tonunun qiyməti son 2 ildə ilk dəfə 10 min dollara çatıb.
FED.az xəbər verir ki, mis Londonda yenidən beş rəqəmli səviyyəyə qalxıb.
Yeni mis mədənlərinin açılmasını təşviq etmək üçün misin daha da bahalaşmasına ehtiyac olduğu bildirilir. "BlackRock World Mining Fund"u idarə edən Olivia Markhamın sözlərinə görə, yeni mədənlərə irimiqyaslı investisiyaların sərfəli olması və gələcək çatışmazlığın qarşısının alınması üçün bir ton misinin qiyməti 12 min dollara çatmalıdır.
Bazar oyunçuları tələbin artması ilə bağlı optimistdirlər, çünki elektrik nəqliyyat vasitələrində, bərpa olunan enerji mənbələrində və genişləndirilən elektrik şəbəkələrində istifadə üçün qarşıdakı illərdə milyonlarla ton yeni tədarük tələb olunacaq və iri mədənlərin tikintisi və ya genişləndirilməsi daha bahalı olacaq.
Mis qiymətləri bu il 17 faiz artıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.