Mis, 2008-ci il maliyyə böhranına bənzər yeni böhran qorxusu artdıqca, ardıcıl beşinci aydır ucuzlaşamqda davam etdirir.
FED.az xəbər verir ki, misin qiyməti, Rusiyanın Ukraynanı işğal etməsindən sonra mart ayında qeydə alınan rekorddan sonra təxminən üçdə bir geriləyib.
Avropadakı enerji böhranı, FED-dən sərt pul siyasətinin davam edəcəyinə dair açıqlamalar və Çinin sıfır Covid strategiyasının tələbatı zədələnəcəyinə dair narahatlıqlar artmaqda davam edir.
Mis tələbi ilə bağlı narahatlıqlar təklif tərəfində davam edən azalmadan üstündür. Dünya mis hasilatının dörddə birindən çoxunu idarə edən Çili, iyul ayında əvvəlki illə müqayisədə hasilatın 8,6 faiz azaldığını bildirib.
Çində isə bu ilin əvvəlində təkrarlanan Covid-19 epidemiyası ilə əlaqədar olaraq Şanxayın iki aylıq bağlanması, müəssisələrin yavaş bərpası və dayanmış tələblə mübarizə apardığı üçün iqtisadiyyat dalğalanmaqda davam edir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.