Keçən il ərzində Milli Depozit Mərkəzi tərəfindən dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə 300 milyon manatdan çox kupon ödənişi reallaşıb.
FED.az xəbər verir ki, bunu Milli Depozit Mərkəzinin Strategiya şöbəsinin rəhbəri Əli Əliyev bu gün keçirilən Milli Depozit Mərkəzinin Unicapital investisiya şirkəti ilə birgə təşkil etdiyi "Depozitarın ekosistemdə rolu" mövzusunda təlimdə deyib.
Çıxışında əlavə edib ki, "Milli Depozit Mərkəzi istiqrazlar sahiblərinə 5 milyard manata yaxın ödəniş edib".