“Microsoft”un bazar dəyəri yanvarın 24-də keçirilən hərracda ilk dəfə 3 trilyon dolları ötüb.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (15-19 yanvar, 2024)
FED.az xəbər verir ki, bu barədə “Dow Jones Market Data” nəşri məlumat yayıb.
Səhmlərinin qiyməti 403,65 dollardan yuxarı olarsa, şirkətin bazar dəyərinin 3 trilyon dollara çatacağı bildirilirdi. Ötən gün sessiya zamanı səhmlərin qiyməti 404,72 dollara yüksəlib.
İndiyədək hərracın nəticələrindən sonra kapitallaşması bu həddən yuxarı qalxan yeganə şirkət “Apple Inc”dir. Şirkət keçən il iyunun sonunda buna nail ola bilib. (Azərtac)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.