Amerikanın “Meta” şirkətinin kapitallaşması cümə günü güclü hesabatlar və ilk dəfə elan edilən dividendlər sayəsində 200 milyard dollardan çox artıb.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (29 yanvar – 01 fevral, 2024)
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Uoll-Strit tarixində bazar dəyərinin gündəlik ən böyük artımıdır. Xatırladaq ki, 2022-ci ilin fevral ayında “Amazon”un kapitallaşması sessiya zamanı 191 milyard dollar artıb.
“Meta” səhmləri 20% bahalaşıb və hər səhm üçün 474.99 dollar olmaqla rekord səviyyədə ticarəti dayandırıb. Bunun sayəsində şirkətin səhmlərinin təxminən 13%-nə sahib olan “Meta”nın qurucusu və rəhbəri Mark Zukerberqin sərvəti 170 milyard dollara çatıb və o, dünyanın ən varlı adamları siyahısında Bill Qeytsi (145 milyard dollar) keçərək dördüncü yeri tutub.
İlin əvvəlindən bəri “Meta” səhmlərinin qiyməti 34%, Mark Zukerberqin sərvəti isə bir aydan çox vaxt ərzində 42.4 milyard dollar artıb. 2023-cü ildə şirkətin bazar dəyəri 2.5 dəfə (154%), 2012-ci ildə IPO-dan sonra isə 12 dəfədən çox artıb və hazırda 1.22 trilyon dollar təşkil edir.
Daha əvvəl bildirildiyi kimi, Mark Zukerberq dividendlərdən (vergi çıxılmamışdan əvvəl) ildə təxminən 700 milyon dollar qazanacaq. Rüblük dividend hər bir səhm üçün 50 sent müəyyən edilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.