Geri satın alınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “Met-Ak” MMC tərəfindən təmin ediləcək.
19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) “MET-AK”MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
FED.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu |
AZ2002020272 |
Emissiya həcmi |
3 000 000 AZN |
Nominal qiyməti |
1000 AZN |
Hərrac qiyməti |
1000 AZN |
İstiqrazların tədavül müddəti |
1 il (365 gün) |
Faiz dərəcəsi (illik) |
12 % |
Faiz gəlirinin ödəniş müddəti |
1 aydan bir (30 gün) |
Anderrayter |
Unicapital İŞ QSC |
Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcəkdir. Əlavə olaraq, emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satın alınmaya təqdim edilən istiqrazlar “Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satın alınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “Met-Ak” MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi (9-12 ay) “Met-Ak” MMC tərəfindən təmin ediləcəkdir.
Metak istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Listinqdə olan şirkətlər” bölməsində yerləşdirilmişdir.
Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.