FED.az xəbər verir ki, «METAK» bu dəfə istiqrazlar vasitəsilə 3 milyon manat cəlb etmək niyyətindədir. Hər birinin nominal dəyəri 1000 manat olan 3000 ədəd faizli, təmin edilməmiş istiqrazların illik gəlirliyi 10% təşkil edəcək.
Qeyd edək ki, bu «METAK» şirkətinin son ki ildə sayca 3-cü istiqraz buraxılışıdır. Banklardan kredit götürmək deyil, istiqrazlarla pul cəlb etmək yolunu tutan şirkət ilk dəfə 2 milyon manat, 2-ci buraxılışda isə 3 milyon manatlıq istiqraz buraxıb.
Birinci istiqraz buraxılışının anderrayteri «AzFinance» investisiya şirkəti olub. Sonrakı – 2-ci və 3-cü buraxılışları isə «Unicapital» təşkil edib.
Bununla yanaşı, «METAK»ın istiqrazlarının gəlirliyi getdikcə azalmaqdadır.
FED.az xəbər verir ki, ilk buraxılışda istiqrazların gəlirliyi 14%, ikincidə isə 12% təşkil edib. 3-cü istiqrazların gəlirliyi isə daha az - illik 10% olacaq.
Eləcə də bax: Bu ölkə vətəndaşları bitkoinin bahalaşmasına təsir ediblər«METAK»ın maliyyə meneceri İsmayıl Hümbətovun sözlərindən məlum olur ki, istiqrazların gəlirliyinin azalması qiymətli kağızlar və maliyyə sektorundakı bazarındakı proseslərlə əlaqədardır. Daha dəqiqi bazarda «METAK» istiqrazlarına rəqib ola biləcək maliyyə alətlərinin gəlirliyi azalıb, «METAK»da bu vəziyyətdən faydalanıb.
Məsələ ondadır ki, Mərkəzi Bankın (AMB) uçot dərəcəsini aşağı endirməsindən sonra, banklar da əmanətlər üzrə faizlərini aşağı salıblar. Bundan başqa, 2 il əvvəl illik gəlirliyi 10 %-in üstündə olan Maliyyə Nazirliyinin Qısamüddətli İstiqqazlarının da gəlrliyi azalıb və indi investorlar bu kağızları alarkən illik 7-8% gəlirlə kifayətlənməli olurlar.
«METAK» olaraq bu şəraitdə uduzmamaq və şirkətin mənfəəti baxımından faiz dərəcələri aşağı salınıb. Lakin istiqrazlarımız hələ də cəlb edicidir» - deyə şirkət rəsmisi bildirib.
İstiqrazların yerləşdirilməsi 17 may 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.