Üçüncü emissiya müvəffəqiyyətlə başa çatdı – METAK istiqraz sahiblərinə 860 000 manat qazandırdı.
Qlobal pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərbəyə baxmayaraq METAK şirkəti isiqrazlar üzrə öz borclarını tam vaxtında ödəyib.
FED.az xəbər verir ki, METAK 18.05.2020-ci il tarixində 3-cü istiqraz emissiyası üzrə yekun faiz və əsas məbləğ ödənişini uğurla həyata keçirdi. Şirkətin bu növbəti emissiyasının həcmi 3 milyon manat təşkil etdi və sahiblərinə illik 10 % gəlir qazandırdı.
Şirkət hər üç emissiya üzrə (1-ci 3 milyon manatlıq, illik 12 %-lik, 2-ci 2 milyon manatlıq 10%-lik 3-cü 3 milyon manatlıq 10%-lik kupon ödənişləri) istiqraz sahiblərinə ümumilikdə 860 000 manat pul qazandırmışdır.
METAK şirkəti qeyri-neft sektoruna və ümumilikdə bütün Azərbaycan iqtisadiyyatına verdiyi töhvəyə görə bütün istiqraz sahiblərinə öz dərin təşəkkürünü bildirir.