Beynəlxalq fond bazarlarında son ticarət sessiyası kəskin dalğalanmalarla yadda qalıb. ABŞ-ın aparıcı texnologiya şirkətlərinin səhmləri mənfi zonaya düşüb, bəzi səhmlərdə isə çox ciddi enişlər qeydə alınıb.
Qızıl yenidən 4 min dolları keçdi - QİYMƏT BAHALAŞDI
FED.az xəbər verir ki, ən böyük itki sosial media nəhəngi "Meta Platforms"un payına düşüb. Belə ki, şirkətin səhmləri gün ərzində 11,3% ucuzlaşaraq 666,47 dollara geriləyib. Bu, son aylarda Meta üçün ən kəskin enişlərdən biri hesab olunur.
Texnologiya nəhənglərindən "Microsoft"un səhmləri 2,9% ucuzlaşıb, "Tesla" səhmləri isə 4,6% dəyər itirib. "NVIDIA" səhmləri də 2% azalıb.
Maraqlıdır ki, texnologiya bazarındakı bu zəifliyə baxmayaraq, "Alphabet" (Google) səhmləri günü 2,45% artımla başa vurub. "Apple" səhmlərində 0,63%, "Visa" səhmlərində isə 1,1% bahalaşma qeydə alınıb.
Səhiyyə şirkəti "Johnson & Johnson" da investorların diqqətini cəlb edib, səhmləri 1,31% bahalaşıb.
Daha detallı aşağıdakı cədvəldə :
|
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
|
1 |
Apple |
271,40 |
+0,63 |
|
2 |
Amazon.com |
222,86 |
-3,23 |
|
3 |
Meta Platforms |
666,47 |
-11,33 |
|
4 |
Berkshire Hathaway |
478,52 |
+0,58 |
|
5 |
Visa |
345,03 |
+1,10 |
|
6 |
Johnson & Johnson |
189,05 |
+1,31 |
|
7 |
Microsoft |
525,76 |
-2,92 |
|
8 |
Alphabet (Google) |
281,90 |
+2,45 |
|
9 |
Tesla |
440,10 |
-4,63 |
|
10 |
NVIDIA |
202,89 |
-2,00 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.











