Maliyyə Bazarlarına Nəzarət Palatası "Ekolizinq" MMC-nin istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 700 ədəd istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, "Ekolizinq" bu ilin may ayında hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 670 ədəd istiqraz da buraxmışdı.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir