Mayın 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101779S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 8 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 224 milyon 557,2 min manat olub. Başqa sözlə, notlara tələb təklifi 1,5 dəfə üstələyib.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilib. Hərrac nəticəsində 150 milyon manat notlar bütünlüklə yerləşdirilib. Notların ödəmə tarixi 03.06.2020