Avqustun 14-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar sentyabrın 11-də ödəniləcək.
Eləcə də bax:Azərbaycan neftinin qiyməti yenidən - BÜDCƏ QİYMƏTİNİ ÜSTƏLƏYİB
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır.
Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamağı şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.