Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 26-da depozit hərracı keçirəcək.
FED.az xəbər verir ki, Mərkəzi Bank noyabrın 26-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 350 mln. manat cəlb etməyi nəzərdə tutur.
Cəlb edilən vəsaitlər üzrə faiz dərəcəsi 7,76%-9,74% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.