26 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2022024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Eləcə də bax: Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə - HƏRRAC KEÇİRİLİB
FED.az xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 98.9611 (4.5%) manat və 99.0753 (4%) manat olan 17 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60,174,600 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.0638 (4.05%) manat, orta ölçülmüş qiyməti isə 99.0732 (4.01%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 18.01.2023-cü ildir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.