20 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2020024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Eləcə də bax: Azərbaycan şirkəti illik 13,5% gəlirliklə - İSTİQRAZ BURAXIR
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.3288 (7%) manat və 97.1440 (4.2%) manat olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 67,276,900 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.6837 (4.9%) manat və orta ölçülmüş qiyməti 96.8204 (4.69%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 29.06.2023-cü ildir
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.