10 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2030024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 83 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Eləcə də bax: Bakı Fond Birjasında ilk dəfə olaraq “Emitent Günü” tədbiri - BAŞ TUTACAQDIR
FED.az xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 98.7478 (5.5%) manat və 99.0523 (4.15%) manat olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 66,793,500 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.0410 (4.2%) manat, orta ölçülmüş qiyməti isə 99.0438 (4.19%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 01.02.2023-cü ildir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.