2025-ci ilin göstəricilərinə əsasən, investisiya şirkətlərinin Azərbaycan Mərkəzi Bankının (ARMB) notları ilə apardıqları əməliyyatların həcmindəki illik dəyişikliklər açıqlanıb.
FED.az xəbər verir ki, renkinqə artım tempinə görə "ABB İnvestisiya Şirkəti" QSC liderlik edir. Şirkətin əməliyyat həcmi ötən illə müqayisədə 86 milyon 540 min manat artaraq 82 faiz yüksəlib.
İkinci yerdə "MFX Trading İnvestisiya Şirkəti" qərarlaşıb. Şirkətin göstəricilərində 26 milyon 873 min manat, yəni 79,4 faiz artım qeydə alınıb.
"Assist Finance İnvestisiya Şirkəti" ASC-nin əməliyyat həcmi 34 milyon 507 min manat artıb ki, bu da illik müqayisədə 30,6 faiz artım deməkdir.
"CPM-İnvest İnvestisiya Şirkəti" QSC isə 10 milyon 528 min manat, başqa sözlə 9,6 faiz artım nümayiş etdirib.











