Hesabat dövrünün yekunlarına əsasən, investisiya şirkətlərinin Azərbaycan Mərkəzi Bankının (ARMB) notları ilə apardığı əməliyyatların həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu maliyyə aləti üzrə ən böyük əməliyyat həcmi bazarın liderləri tərəfindən həyata keçirilib.
Renkinqə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC başçılıq edir. Şirkətin ARMB notları üzrə əməliyyat həcmi 10 milyard 36 milyon 866 min manat təşkil edib.
İkinci yerdə "ABB İnvestisiya Şirkəti" QSC qərarlaşıb – burada göstərici 4 milyard 478 milyon 306 min manat olub.
"CPM-İnvest İnvestisiya Şirkəti" QSC 375 milyon 29 min manat göstərici ilə üçüncü sırada yer alıb. "İnvest-Az İnvestisiya Şirkəti" ASC isə 342 milyon 664 min manat həcmlə dördüncü olub.
Digər şirkətlər üzrə göstəricilər aşağıdakı kimidir:
"Unicapital İnvestisiya Şirkəti" ASC-də 181 milyon 58 min manatlıq əməliyyat qeydə alınıb.
Siyahını "Assist Finance İnvestisiya Şirkəti" ASC (123 milyon 483 min manat) tamamlayır.










