Noyabrın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (ARMB) 501000586S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjadan FED.az-a bildirilib ki, 100 milyon manatlıq notun çıxarıldığı hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 99.4974 (6.49%) və 99.5351 (6.01%), yəni illiku 6,01-6,49% gəlirlik nəzərdə tutan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 462 milyon manat olub.
Mərkəzi Bankın qərarı ilə notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5351 (6.01%), müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat olub.
Notların ödəmə tarixi 09.12.2020-ci ildir.