İyulun 20-də Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri ilk dəfə 1,5 milyard manatı ötüb.
180 milyon manatlıq notlar təklif oluncaq - ŞİRKƏTLƏR DƏ ALIB QAZANA BİLƏRLƏR
FED.az AMB-ya istinadla xəbər verir ki, dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 6,88 faiz, 8,88 faiz, 9,17 faiz və 10,82 faizdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.