Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
FED.az xəbər ki, 05 noyabr 2018-ci il tarixində keçiriləcək hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 7,76% – 9,74% aralığında müəyyən olunub.
Qeyd edək ki, bundan əvəl faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən olunurdu. Faizlərin aşağı salınması Mərkəzi Bankın uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı həddini endirməsi ilə bağlıdır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.