24 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101773S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.3053 AZN (8.99%) ilə 99.3625 AZN (8.24%) arasında olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 285 milyon 624 min 600 manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.3053 AZN (8.99%), orta ölçülmüş qiyməti 99.3117 AZN (8.91%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 285 milyon 624, min 600 manat təşkil edib.
Notların ödəmə tarixi 22.05.2019
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.