Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100562S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor qiyməti 99,2278 manat (10,01%) olan 23 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 539 565 500 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib. Qiymətli kağızların hamısı yerləşdirilib.
Notların ödəmə tarixi 29 noyabr 2017-ci ildir.
Buna da baxın: Sabaha olan RƏSMİ MƏZƏNNƏ
Buna da baxın: Elman Rüstəmovun açıqlamasından sonra dollar düşdü