Yanvarın 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Eləcə də bax: Mərkəzi Bankda - 4 YENİ DEPARTAMENT YARADILIB
FED.az AMB-dən "Trend"-ə istinadən xəbər verir ki, hibrid hərracda 100 000 000 (yüz milyon) manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gündür.
"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76% - 7,49% faiz təşkil edir.