21 avqust 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Merano” ASC-nin ümumi dəyəri 100,000 (yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
“Merano-Baku” manatla - İSTİQRAZ BURAXIR
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Səhmlərin növü və forması |
Səhmlərin sayı |
Nominal Dəyəri |
Yerləşdirmə forması |
Abunə yazılışının müddəti |
Anderrayter |
AZ1002024672 |
Adi adlı sənədsiz səhm |
10 (ədəd) |
10,000 manat
|
Abunə yazılışı |
21.08.2023-08.09.2023 |
“AzFinance İnvestisiya Şirkəti” QSC |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.