Ehtimal olunur ki, 2140-cı ildə sonuncu bitkoin əldə olunacaq. Bundan sonra nə baş verəcək?
Məlumdur ki, mayninq üçün 20 milyon bitkoin əlçatandır. Bunlar əldə edildikdən sonra yeniləri olmayacaq. Bitkoinlərin milli valyutalardan köklü fərqi ondadır ki, onun pul kütləsi daim artır. Beləliklə, bu həm də valyutaların devalvasiyasına səbəb olur. Təcrübə göstərir ki, bu zaman müəyyən insanlar və ailələr kəskin şəkildə kasıblayırlar.
Təxminən hər 4 ildən bir bitkoinlərin miqdarı ikiqat azalır. Əvvəl bu 50 bitkoin idi, sonra 25, daha sonra isə 12,5-ə düşdü. 2020-ci ildə 6,25 bitkoinə qədər enəcək.
Ancaq analitiklər hesab edirlər ki, bitkoin 2140-cı ildə sonuncu bitkoin əldə olunandan sonra belə, bu şəbəkə məhv olmayacaq. O tranzaksiyaların emalına başlayacaq.
Bitkoinlərin əldə edilməsinin çətinləşməsi belə bir vəziyyət yarada bilər ki, ona sərf edilən enerji ilə alınan bitkoinin dəyəri bir-birini tamamlamasın. Hətta istifadəçi zərərə düşə bilər. Buna görə də effektiv avadanlıqlardan istifadə edərək bitkoin qazanmaq üsulları ətrafında səylər çoxalıb.
Gələcəkdə bitkoinun qiymətinin 50-100 min dollar arasında olacağı ehtimal edilir.
insider©
Mayninqin sonu: Bütün bitkoinlər alınandan sonra nə baş verəcək?
15:31
18 Dek 2017