Son ticarət gününün göstəricilərinə görə, böyük şirkətlərin səhmləri ciddi enmələr yaşayıb.
Bitcoin şok eniş yaşadı - QİYMƏT 80 MİNDƏN AŞAĞI DÜŞDÜ!
Ən çox dəyər itirən səhm Tesla olub. Şirkətin səhmləri 15,43% ucuzlaşaraq 222,15 dollar səviyyəsinə düşüb. Bu, investorlar arasında narahatlıq yaradıb və şirkətin bazar dəyərinə ciddi təsir edib.
Digər texnologiya nəhənglərində də enmə tendensiyası davam edir. Apple səhmləri 4,85%, Meta Platforms 4,42%, Alphabet (Google) 4,41%, Microsoft isə 3,34% ucuzlaşıb. Bu günlər bazarda texnoloji şirkətlərin mənfi trendlə qarşılaşdığını göstərir.
NVIDIA səhmləri də ciddi geriləmə görüb. Şirkətin səhmləri 5,07% ucuzlaşaraq 106,98 dollar olub. Amazon.com və Visa səhmləri müvafiq olaraq 2,36% və 1,11% dəyər itirib.
Bazarda yeganə müsbət istiqamətdə hərəkət edən səhmlər Berkshire Hathaway (+0,30%) və Johnson & Johnson (+0,61%) olub. Bu iki şirkət investorların güvəndiyi sektorları təmsil etdiyindən, daha sabit performans göstərir.
Ümumi bazar mənzərəsi texnoloji sektorun ciddi geriləmə yaşadığını göstərir. Xüsusilə Tesla və NVIDIA kimi şirkətlərin səhmlərindəki kəskin düşüşlər bazardakı risk faktorlarını artırır.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
227,48 |
-4,85 |
2 |
Amazon.com |
194,54 |
-2,36 |
3 |
Meta Platforms |
597,99 |
-4,42 |
4 |
Berkshire Hathaway |
497,10 |
+0,30 |
5 |
Visa |
341,48 |
-1,11 |
6 |
Johnson & Johnson |
167,70 |
+0,61 |
7 |
Microsoft |
380,16 |
-3,34 |
8 |
Alphabet (Google) |
167,81 |
-4,41 |
9 |
Tesla |
222,15 |
-15,43 |
10 |
NVIDIA |
106,98 |
-5,07 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.