İlon Mask yaradıcısı olduğu “Tesla” şirkətinin 7,9 milyon səhmini 6,88 milyard ABŞ dollarına satıb.
Eləcə də bax: İlon Maskın şirkəti geri addım atır - Bitkoinlərinin 75%-ni Satıb
FED.az xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının (SEC) sənədlərindən məlum olur.
Xatırladaq ki, “Twitter”in alınması ilə bağlı müqavilə bağlayarkən Mask “Tesla”nın 4 milyard ABŞ dolları dəyərində səhmlərini satmışdı. Lakin daha sonra sosial şəbəkədə saxta hesabların sayının çoxluğunu əsas gətirərək bu müqaviləyə xitam vermişdi. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.