Kanadanın marixuana istehsalı ilə məşğul olan “Tilray” şirkəti Nyu-Yorkdakı Nasdaq Fond Birjasında səhmlərinin ilkin tədavülünü (IPO) həyata keçirib.
FED.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu, narkotik vasitə istehsalı sahəsində ilk IPO-dur.
Şirkət tədavülə hər birinin nominal dəyəri 17 ABŞ dolları olan 9 mln. ədəd səhm (153 mln. dollarlıq) buraxıb. Yaxın vaxtlara qədər 14-16 dollar məbləğində qiymətləndirilən səhmlərin 6,% mln. ədədini ABŞ-dan olan investorlar, 2,5 mln. ədədini isə Kanada və digər ölkələrdən olan investorlar əldə edib.
Xatırladaq ki, “Tilray”ın əsas səhmdarı ABŞ Sietl şəhərində fəaliyyət göstərən “Privateer Holdings” fondudur. Şirkət 2013-cü ildən marixuana istehsalı ilə məşğuldur. 2016-cı ildə ona Şimali Amerikadan Avropaya tibbi marixuana ixrac etməyə rəsmən icazə verilib. Hazırda “Tilray”in məhsullarını Almaniya və Xorvatiya də daxil olmaqla Avropa İttifaqı ölkələri, Avstraliya, Yeni Zelandiya, Argentina, Çili, Cənubi Afrika alır.
Bu ilin I rübündə “Tilray”ın dövriyyəsi 7,8 mln. dollar olsa da, şirkətin 2,2 mln. dollar zərəri lub. Marixuana istehsalçısı yanvar-mart aylarında qraşı 5,94 dollardan 1,3 ton məhsul satıb.