23 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040133 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
“MAX” MMC-nin istiqrazlarını - 3 İNVESTOR ALDI
FED.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 86.4511 (14%) manat və 98.7100 (6.6999%) manat olan 45 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.6209 (7.3%) manat, orta ölçülmüş qiyməti isə 97.8210 (7.1891%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 133,661,200 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir.
Hərrac iştirakçıları 24 may 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 20 may 2025-ci ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.