1 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108030948 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 83.8628 (10.2%) manat və 88.2420 (8.9697%) manat olan 16 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 86.3213 (9.5%) manat, orta ölçülmüş qiyməti 86.9708 (9.3191%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,351,000 manat, yerləşdirilmiş həcmi isə 20,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 26 oktyabr 2027-ci il.
Hərrac iştirakçıları 2 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.