Milli Depozit Mərkəzi (MDM) dövlət və korporativ istiqrazlar üzrə həyata keçirilmiş ödənişlərin həcmini açıqlayıb.
FED.az MDM-ə istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin istiqrazları üzrə kupon ödənişinin həcmi 2 milyon 671 min 560,65 manat təşkil edib. Həmçinin, “İnkişaf üçün Maliyyə” BOKT-un istiqrazları üzrə 10 min manat həcmində kupon ödənişi verilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.