27 sentyabrda Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 mln. manat həcmində, tədavül müddəti 1092 gün (effektiv gün 1001) olan dövlət ortamüddətli istiqrazlarının (AZ0106017947 ISIN-li) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 16 investor tərəfindən 30 sifariş təqdim edilib. Sifarişlərin ümumi həcmi 30 milyon manat təklif qarşı 87 milyon manat olub.
Sifarişlərdə qiymət 96.3273 manat (6.8429%) və 99.2378 manat (5.7396%) olub, maliyyə nazirliyinin qərarı ilə isə istiqrazların kəsmə qiyməti 97.0448 manat (6.5671%), orta ölçülmüş qiyməti 97.9445 manat (6.2249%) müəyyən edilib.
Sifarişlər böyük olduğuna görə, Maliyyə Nazirliyi 50% artıq həcmdə 45 milyon manatlıq istiqraz yerləşdirib. İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci il.
Hərrac iştirakçıları 28 sentyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.