26 may 2026-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
FED.az xəbər verir ki, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü: Kuponlu, uzunmüddətli, dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0301250012
Buraxılış həcmi: 200 000 000 manat
Qiymətli kağızın miqdarı: 2 000 000 ədəd
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 3600 gün
Kupon ödənişləri: 2026-cı il 26 noyabr, 2027-ci il 26 may, 2027-ci il 26 noyabr, 2028-ci il 26 may, 2028-ci il 26 noyabr, 2029-cu il 26 may, 2029-cu il 26 noyabr, 2030-cu il 26 may, 2030-cu il 26 noyabr, 2031-ci il 26 may, 2031-ci il 26 noyabr, 2032-ci il 26 may, 2032-ci il 26 noyabr, 2033-cü il 26 may, 2033-cü il 26 noyabr, 2034-cü il 26 may, 2034-cü il 26 noyabr, 2035-ci il 26 may, 2035-ci il 26 noyabr, 2036-cı il 26 may
Kupon dərəcəsi: 7.0%
Ödəmə tarixi 26.05.2036
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.














