Maliyyə Nazirliyi bu il ilk dəfə dövlət istiqrazlarının buraxılışını bərpa edib.
FED.az bu barədə Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir.
Məlumata görə, sentyabr ayının 9-da BFB-də Nazirliyin kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Nominal dəyəri 100 manat olan 20 milyon manat həcmində dövlət istiqrazı 8% gəlirliliklə 1080 gün müddətinə tədavülə buraxılacaq. İstiqrazlar üzrə anderrayter “PAŞA Kapital İ.Ş.” QSC-dir.