19 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040240 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, ərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 95.4892(8.5%) manat və 97.6200 (7.3005%) manat olan 49 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.0345(8.1898%) manat, orta ölçülmüş qiyməti isə 96.3006 (8.0392%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 198 milyon 73 min 300 manat, yerləşdirilmiş həcmi isə 135 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 16.09.2025-ci ildir.
Hərrac iştirakçıları 20 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.