10 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 180 milyon manat da borclanıb.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
Emitent: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ0201070239
İstiqrazların tədavül müddəti: 1092 gün
Buraxılış həcmi: 120,000,000 manat
Nominal dəyəri: 100 manat
Minimal qiymət: 91.3050 (10.9800%) manat
Maksimal qiymət: 96.6365 (8.8000%) manat
Kəsmə qiyməti: 94.6609 (9.5900%) manat
Ortaçəkili qiyməti: 95.4279 (9.2809%) manat
Reallaşdırılmış həcmi: 180,000,000 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə): 238,709,800 manat
İnvestor sayı: 23
Sifarişlərin sayı: 68
Ödəmə tarixi: 07.09.2027
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC