12 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040232 ISIN-li, 80 milyon manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları- 26 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 92.3864 (10%) manat və 97.8963 (7.8%) manat olan 59 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4057 (8.3798%) manat, orta ölçülmüş qiyməti 96.9739 (8.1574%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 212 milyon 250 min 300 manat, yerləşdirilmiş həcmi isə 120 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 8 sentyabr 2026-cı ildir.
Hərrac iştirakçıları 13 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-avqust ayları ərzində (8 ayda) Bakı Fond Birkasının ilkin bazarında Maliyyə Nazirliyinin 1 milyard 719 milyon 791 min manatlıq qiymətli kağızları (dövlət istiqrazları) yerləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə xəzinənin cəlb etdiyi vəsait 2 dəfədən çox və ya 878 milyon 128 min manat artıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.