22 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104001976 ISIN-li, 100 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 90.9544 (9.9999%) manat və 96.0822 (4.1%) manat olan 27 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.3533 (4.8999%) manat, orta ölçülmüş qiyməti isə 95.9490 (4.2452%) manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 436,032,500.00 manat, yerləşdirilmiş həcmi isə 93,453,200.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 21.11.2023-cü ildir.
Hərrac iştirakçıları 23 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.