Koronavirusun dünya ölkələrində sürətlə yayılması digər məsələlərlə yanaşı, tibbi maskalara tələbatı da kəskin artırıb.
Eləcə də bax: Cənubi Koreyada minlərlə insan tibbi maska üçün - NÖVBƏYƏ DURDU – VİDEO
FED.az xəbər verir ki, hətta virusun yayılmadığı ölkələrdə maskalara böyük tələbat yaranıb, onlar sürətlə satılır və qiyməti artır.
Sadə tibbi əşya – planetdə ən çox tələbat olan məhsula çevrilib. Belə vəziyyətdə tibbi avadanlıqlar, o cümlədən maska istehsal edən şirkətlərin sifarişləri, gəlirləri artmaqda, səhmləri isə sürətlə bahalaşmaqdadır.
Bir neçə gün əvvəl Honkonqda fəaliyyəti göstərən «Ta Yang Group Holdings» şirkəti Çin hökumətindən böyük partiya maska sifarişi aldığını bəyan edən kimi, şirkətin səhmləri 130% bahalaşaraq 28 Honkonq dollarından hərracların gedişində 63 dollara yüksəlib. Maraqlıdır ki, «Ta Yang Group Holdings» indiyədək maska istehsal etməyib – rezin klaviaturaların satışı ilə məşğul idi. Amma Çin hökuməti ona 5 milyon maska sifmriş edib. Bu məlumat yayılan kimi, şireətin 62 milyon səhmi əl dəyişib. Qadın paltarlarının istehsalçısı olan «Veeko International Holdings» və oyuncaq istehsalçısı «Kin Yat Holdings» şirkətləri də elan ediblər ki, maska buraxmaq üçün avadanlıqarını dəyişəcəklər, bundan dərhal sonra həmin şirkətlərin səhmləri müvafiq olaraq 79% və 18% bahalaşıb.
Honkonqda maska satışı ilə məşğul olan televiziya şəbəkəsinin səhmləri isə ilin əvvəlindən 42% bahalaşıb.
Yaponiyanın tibbi maska istehsalçısı olan «Kawamoto» şirkətinin səhmləri isə korovirus yayılandan sonra 5 dəfə bahalaşıb. Təkcə yanvarın 28-də səhmlərin qiyməti 24% artıb. Şirkətin bazar kapitalı isə 3 milyard dollardan 15,5 milyard dollara yüksəlib.
Qonşu Rusiyadakı maska istehsalçıları da bu məhsula tələbatın qat-qat artdığını, gözləmədikləri həcmdə nəhəng sifarişlər aldıqlarını bildirirlər.
Maska istehsalçısı olan «Resid» şirkətindən bildirilir ki, ilin əvvəlindən şirkətin telefonları susmur – böyük həcmdə maska sifmrişləri verilir. Alıcılar ya çinlilərdir, ya da maskanı alıb bu ölkəyə aparanlar. Son iki gündə şirkət 2 milyon maska sifarişi alıb. İndiyədək cəmi bir aya istehsal edilən maskalar isə 1 gün satılıb.
Rusiyanın «BioMedTorq» şirkəti isə bildirir ki, əvvəllər 1 milyon maska sifarişi böyük hadisə sayıldığı halda, indi sifarişlər 100 milyonu keçib. Hazırda bütün iri maska istehsalçılarının anbarları boşdur sifarişlər isə aprelədək tutulub.
Maskaya tələbat o qədər böyükdür ki, Çinin özündə də bu sahədə biznes quranlar kəskin artıb.
Rusiya tibbii avadanlıq istehsalçıları assosiasiyasının rəhbəri Aleksandr Ruçkin bildirir ki, hazırda anbarlarda maska qalmayıb. İndiyədək maksimum 75% güclə işləyən zavodlar 100% yüklənib. Ölkədəki 15 maska istehsalçısı gündə 2,5 milyon maska buraxır. Qiymətlərin artımına gəlincə, müəssisə rəhbərləri bunu gecə növbələrində işləyənlərə daha çox ödəniş edilməsi ilə əlaqələndirirlər.