London Fond Birjası (LSE) cümə axşamı Rusiya Federasiyası ilə sıx bağlı olan 27 şirkətin qiymətli kağızlarının ticarətini dayandırıb.
Eləcə də bax: Rusiyada dollar alanlardan - 30% KOMİSSİYA TUTULACAQ
FED.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazır.
LSE-nin fikrincə, belə bir addım “Ukraynada baş verən hadisələr ilə əlaqədar olaraq bazarlardakı vəziyyəti tənzimləmək” məqsədilə qəbul edilib.
Şirkətlər arasında En+ Group (Rusal-ın nəzarət paketinə sahibdir), Sberbank, Qazprom, Lukoil və Polyus da var.
LSE-nin bəyanatında deyilir: "Biz bütün müvafiq sanksiyalarla bağlı tənzimləyicilər və səlahiyyətli orqanlarla fəal şəkildə əlaqə saxlayırıq və müvafiq tədbirlər görürük. LSE-nin Rusiya və Ukraynadakı əməliyyatları ümumi dövriyyənin bir faizindən azını təşkil edir". (Marja)