4 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin (Sizin Lombard) ümumi dəyəri 425 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, 10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 425,000 (dörd yüz iyirmi beş min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 425 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12%, tədavül müddəti 5 il, kupon faizlərinin ödəniş müddəti hər aydan birdir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər “INVEST-AZ İnvestisiya Şirkəti”nə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.