Azərbaycan Mərkəzi Bankının İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə həyata keçirdiyi “İnvestisiya səyahəti” layihəsi çərçivəsində noyabrın 30-da Lənkəran şəhərinə səfər təşkil olunacaq.
FED.az bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, layihənin məqsədi ölkədə maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqidir. Səfər çərçivəsində təşkil olunacaq tədbirdə kapital bazarının mütəxəssisləri kahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və BFB-də listinqin üstünlüklərini çatdıracaq, investisiya şirkətləri kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparıb, maliyyələşmə imkanlarını dəyərləndirəcək.
İlk belə "investisiya səyahəti" oktyabrın 21-də Xaçmaz rayonuna baş tutub. Rayondakı Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlarla görüş keçirilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.