“Mingəçevir Ağac Emalı” ASC-nin səhmləri dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki. səhmlər AZ1001003958 dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, hər birirnin nominal dəyəri 2 manat olan 24.710 ədəd adi, adlı səhmlərdir.
Xatırladaq ki, ləğv prosesində olan “Mingəçevir Ağac Emalı” ASC 23 may 2002-ci ildə yaradılıb. Şirkət 49 min 420 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Kamran İmranov Ağasəf oğludur.