«Legion Financial» ASC növbəti istiqraz buraxılışını reallaşdırıb.
FED.az şirkətin elan etdiyi Emissiya Prospektinə istinadən xəbər verir ki, istiqrazın ümumi həcmi 1 milyon manat təşkil edib. Emissiya çərçivəsində hər birinin nominal qiyməti 1000 manat olan 1000 ədəd istiqraz dövriyyəyə buraxılıb.
«Legion Financial» ASC-nin bu istiqrazları da yüksək gəlirliyə malikdir – şərtlərə görə, 1800 günlük, yəni sadə desək 5 illik müddətə buraxılan istiqrazların illik gəlirliyi 15% təşkil edir. İstiqrazlar üzrə faizlər 30 gündən bir, yəni hər ay ödəniləcək.
İstiqraz buraxılışının anderrayteri «Assist Finance İnvestisiya şirkəti» ASC-dir.
07 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında «Legion Financial» ASC-nin səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərracın nəticəsi olaraq 3 investor tərəfindən səhmlər alınmış və bununla da cəmiyyətin nizamnamə kapitalı 2340 000 nən 3 135 000 manata qaldırılmışdı.
Qeyd edək ki, «Legion Financial» ASC-nin istiqrazlarının alışı təkcə gəlir faizinə görə deyil, həm də gəlirlərin vergidən azad edilməsi baxımından sərfəlidir. Belə ki, qanunvericiliyə əsasən 2023-cü ili fevralın 1-dən etibarən qiymətli kağızlara BFB vasitəsilə yatırımlardan gələn gəlirlər 5 il müddətində vergidən azaddır.
İstiqraz buraxılışının uğurla baş tutmasının daha bir səbəbi anderrayterinin «Assist finans» şirkətinin olmasıdır.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 12.10.2018-ci il tarixində İŞ-03 nömrəli lisenziyaya malik olan «Assist Finance İnvestisiya Şirkəti» ASC qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətlərini göstərən peşəkar investisiya şirkətidir. Səhmlərin abunə yazılışı müddəti ərzində anderrayter uçota alınmış sifarişləri fond birjasının ticarət sisteminə daxil edir və BFB-nin ticarət sistemi vasitəsilə qiymətli kağızların yerləşdirilməsi xidmətini göstərir.
Qeyd edək ki, 2020-ci ildə yaradılan «Legion Financial» ASC-nin əs as fəaliyyət sahəsi minik avtomobillərinin maliyyə lizinqidir.
2021-ci ildən başlayaraq maliyyə nəticələrini açıqlayan şirkətin fəaliyyətində indiyədək irəliləyiş davam edir.
Belə ki, 2021-ci ilin nəticələrinə görə «Legion Financial» ASC-nin aktivləri 417 min manat olduğu halda, 2022-ci ildə bu məbləğ 5 dəfə artaraq 2,1 milyon manatı keçib, 2023-cü ilin sonunda isə 4,75 milyon manat olub, başqa sözlə son 3 ildə şirkət aktivlərin həcmi üzrə 10 dəfə böyüyüb. 2024 cü il üzrə 6 ayın göstəricilərinə baxdıqda isə şirkətin aktivləri 8,35 manat təşkil edib.
Bu dövrdə şirkətin lizinq portfeli 408 min manatdan 6,98 milyon manatadək artıb, gəlirləri isə 2021-ci ildə 19 min manat, 2022-ci ildə 418 min manat olduğu halda, 2023-cü ilin sonunda 893 min manat, 2024 cü ilin 6 ayın göstərişinə əsasən isə 605 min manat təşkil edib. «Legion Financial» ASC fəaliyyət göstərdiyi bütün illəri xalis mənfəətlə tamamlayıb – 2021-i ildə bu rəqəm 17 min manat, 2022-ci ildə 283 min manat, 2023-cü ildə isə 616 min manat, 2024 cü ilin 6 ayında isə 479,5 min manat təşkil edib.
«Legion Financial» ASC istiqraz bazarında aktivdir və mütəmadi olaraq qiymətli kağızlar buraxır. Hazırda şirkətin hər birinin həcmi 500 min manat olan iki istiqrazı dövriyyədədir.
İstiqrazlar üzrə hərrac 30.09.2024cü il tarixində keçiriləcək. Etibarlı və yüksək gəlir əldə etmək istəyən investorlar aşağıdakı nömrələrlə əlaqə saxlayaraq abunə yazıla bilərlər
Emitet: "Legion Financial" ASC
Əlaqə: +994 12 310 52 53; +994 50 247 99 31
Anderrayter: "ASSIST Finance" İnvestisiya Şirkəti ASC
Əlaqə: +994 12 310 34 20; +994 77 233 11 11