Azərbaycanda lizinq şirkəti “Legion Financial” ASC nizamnamə kapitalını yeni səhmlər buraxmaqla artırmaq istəyir.
FED.az bunu emissiya prospekti və ya informasiya memorandumuna isinadla xəbər verir.
Belə ki, hər bir səhmin 100 manat nominal dəyəri olan 1 000 ədəd səhm buraxır və bu da 1 mln. manatlıq ümumi səhm paketidir.
Hazırda səhmlərin 44.5 faizi Turan İsmayılov Mübariz oğlu, 31.9 faizi Ramin Süleymanlı Rəhman oğluna və 11.8 faizi Rövşən Soltanov Rafiq oğluna məxsusdur.
Lizinq şirkətinin nizamnamə kapitalı hazırda 3 135 000 manatdır və bu artımdan sonra kapital 32 faiz artımla 4 135 000 manata yüksəlmiş olacaq. (Banker.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.