4 may 2018-ci il saat 10.30-da cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
- cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi);
- 2017-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı;
- cəmiyyətin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi;
- əsas vəsaitlərin silinməsinə dair idarə heyətinin təqdim etdiyi hesabatın müzakirəsi;
- təşkilati məsələ (direktorlar şurasının tərkibinə baxılması);
- sair məsələlər.
Yığıncaq cəmiyyətin yerləşdiyi Salyan şəhəri, T.Davudzadə küçəsi 4 nömrəli ünvanda keçiriləcək. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
Əlaqə telefonu: (163) 5-23-93 (055) 515-33-54.
“Salyan-Pambıq” ASC səhmdarlarının nəzərinə
11:48
12 Mart 2018