Vergilər Nazirıiyi “Neftchala Fish Factory” MMC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumata görə, yeni müəssisə “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 310 min manat, qanuni təmsilçisi Nəriman Həsən oğlu Sərdarlıdır.